lider-media.az

Naxçıvan DOST Mərkəzindən 300-dək vətəndaş faydalandı 

Baxış: 163 Tarix: Сегодня, 11:30

naxcivan-dost-merkezinden-300-dek-vetendas-faydalandi

Yenicə fəaliyyətə başlayan Naxçıvan Regional DOST Mərkəzinin xidmətlərindən elə ilk günlərdə artıq 300-dək vətəndaş faydalanıb. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar əsasən pensiya və müavinət məsələləri, sosial xidmətlərə, aktiv məşğulluq proqramlarına cəlb edilmə, əlillik və s. məsələlərlə bağlı müraciət ediblər.

DOST konsepsiyasına uyğun olaraq onlara müxtəlif sosial istiqamətlər üzrə xidmətlərin “bir pəncərə” prinsipi əsasında, müasir və şəffaf, çevik şəkildə göstərilməsi təmin edilib.

Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Mərkəzdə digər sosial xidmətlərlə yanaşı, əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası, reabilitasiya xidmətləri və vasitələri ilə təminatı üçün göndərişlərin rəsmiləşdirilməsi xidmətləri də göstərilir.

164 sosial xidmətin vahid məkanda təqdim edildiyi, 117 işçi və 50 könüllünün çalışdığı Mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur.

Naxçıvan Regional DOST Mərkəzində də digər DOST mərkəzlərində olduğu kimi, vətəndaşlara xidmətlər qeydiyyat məhdudiyyəti olmadan göstərilir. Bu da Mərkəzin harada qeydiyyatda olmalarından asılı olmayaraq hər bir vətəndaş üçün ən yaxın, ən əlçatan və  çevik sosial xidmətlərin ünvanı olduğunu bir daha təsdiq edir.

Yaxın dövrdə Naxçıvanın bütün rayonlarında DOST qəbul şöbələri də yaradılacaq.










OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi