lider-media.az

Mustafa Çiftçi: " Türkiyənin təhlükəsizliyi naminə mübarizəmiz yorulmadan davam etdiriləcək"

Baxış: 876 Tarix: 16-08-2026, 13:29

Türkiyənin Daxili İşlər naziri Mustafa Çiftçi Azərbaycanda yaxalanaraq Türkiyəyə təhvil verilən cinayətkarla bağlı sosial şəbəkə hesabında açıqlama verib.

Nazir bildirib ki, Türkiyə vətəndaşlarının təhlükəsizliyinə təhdid yaradan cinayətkarlar dünyanın heç bir yerində təhlükəsiz sığınacaq tapa bilməyəcəklər.

“İstər ölkəmizin daxilində, istərsə də dünyanın o biri ucunda olsun, mütəşəkkil cinayətkar dəstələrə, küçə quldurlarına və övladlarımızın gələcəyini zəhərləyən narkotik tacirlərinə əsla imkan verməyəcəyik”, – deyə Mustafa Çiftçi vurğulayıb.

O qeyd edib ki, qanun tanımayan cinayət şəbəkələrinin üzvləri gizləndikləri yerlərdən çıxarılaraq mütləq ədalət qarşısına çıxarılacaqlar.

Mustafa Çiftçi uğurlu əməliyyatın həyata keçirilməsində iştirak edən Türkiyə Daxili İşlər Nazirliyinin əməkdaşlarına, Ədliyyə Nazirliyinə və Azərbaycandakı tərəfdaşlara təşəkkür edib: “Bu uğurlu əməliyyatın həyata keçirilməsinə dəstək olan başda qəhrəman polis əməkdaşlarımız olmaqla, Ədliyyə Nazirliyimizə və dəstəyini əsirgəməyən azərbaycanlı qardaşlarımıza ürəkdən təşəkkür edirəm”.

Nazir Türkiyənin təhlükəsizliyi naminə mübarizənin bundan sonra da dayanmadan, yorulmadan və güzəştə getmədən davam etdiriləcəyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi