“Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 15-ci və 24-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 269 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddənin birinci hissəsi üzrə:
1.1.1. beşinci abzas aşağıdakı redaksiyada verilsin:
“seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatı (bundan sonra – Reyestr) – seleksiya nailiyyətləri (sortlar və hibridlər, cinslər), qeydiyyata alınmış toxum əməliyyatçıları, seleksiya nailiyyətlərindən istifadə ilə əlaqədar bağlanmış müqavilələr və toxumluq əkinlər barədə məlumatların (qeydlərin) məcmusu;
altıncı abzasda “dövlət reyestrinə” sözləri “Reyestrə” sözü ilə əvəz edilsin;
1.2. 12-ci maddə üzrə:
1.2.1. birinci hissədə “dövlət reyestrində” sözləri “Reyestrdə” sözü ilə əvəz edilsin;
1.2.2. ikinci hissədə “dövlət reyestrinə” sözləri “Reyestrə” sözü ilə əvəz edilsin;
1.2.3. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Reyestr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada aparılır.”;
1.3. 15-ci maddənin birinci hissəsində “Dövlət reyestrinə” sözləri “Reyestrə” sözü ilə əvəz edilsin;
1.4. 16-cı maddənin ikinci hissəsində “orqanda” sözü “orqan (qurum) tərəfindən Reyestrdə” sözləri ilə əvəz edilsin;
1.5. 18-ci maddənin birinci hissəsində “dövlət reyestrində” sözləri “Reyestrdə” sözü ilə əvəz edilsin;
1.6. 24-cü maddənin ikinci hissəsində “reyestrdə” sözü “Reyestrdə” sözü ilə əvəz edilsin;
1.7. 26-cı maddənin birinci və üçüncü hissələrində “dövlət reyestrinə daxil edilmiş” sözləri “Reyestrdə qeydiyyata alınmış” sözləri ilə əvəz edilsin;
1.8. 33-cü maddənin birinci hissəsi üzrə:
1.8.1. ikinci abzasda “qeydiyyatda olan” sözləri “Reyestrdə qeydiyyata alınmış” sözləri ilə əvəz edilsin;
1.8.2. üçüncü abzasda “bilərəkdən başqa qeydiyyatda olan sortun və cinsin adı” sözləri “Reyestrdə qeydiyyatda olan başqa sortun və cinsin adının” sözləri ilə əvəz edilsin;
1.8.3. dördüncü abzasa “verilən ad” sözlərindən sonra “Reyestrdə” sözü əlavə edilsin;
1.8.4. səkkizinci abzasda “dövlət reyestrində” sözləri “Reyestrdə” sözü ilə əvəz edilsin.
Maddə 2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101, № 4 (I kitab), maddələr 318, 322, № 5, maddə 433, № 6, maddələr 521, 524, № 7, maddə 626, № 12 (I kitab), maddələr 1118, 1129; 2026, № 1, maddələr 8, 13, 20; Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 18.89-cu maddə əlavə edilsin:
“18.89. Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə:
18.89.1. seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən çıxarışın verilməsi – 50 manat;
18.89.2. seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsi – 10 manat;
18.89.3. toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsi (bir sənəd) – 25 manat.”.
Maddə 3. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632 (Cild I); 2024, № 6 (I kitab), maddə 631, № 7, maddələr 747, 751, № 8, maddə 933; 2025, № 1, maddə 16, № 3, maddə 215, № 4 (I kitab), maddə 314, № 5, maddə 433, № 6, maddə 524, № 7, maddə 626, № 8, maddə 733; Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu) 3 nömrəli Əlavə - “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 87-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 88-ci maddə əlavə edilsin:
“88. toxum əməliyyatçılarının qeydiyyata alınmasına dair seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən çıxarış.”.
Maddə 4. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1679 (Cild I); 2025, № 6, maddə 522) aşağıdakı məzmunda 5.4-1-ci maddə əlavə edilsin:
“5.4-1. Bu Qanun bitki sortlarının toxumlarına dair məcburi tələblərə şamil edilmir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar
Xocalı və Ağdərə sakinlərinin doğma yurda qayıdışı davam edir
Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən Ümumdünya Sammitində iştirak edib
O.F.Məmmədovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 1100-dən çox benefisiar təlimlərdən faydalanıb
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə arterial hipertenziya ilə bağlı dərman təminatı da daxil ediləcək
“Təbiətin səsi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub
Leyla Əliyeva Əminə Ərdoğanla bir arada
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Alyona Əliyeva ukraynalı uşaqlarla
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşü

Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət