2006-cı il avqustun 12-də “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsi ilə Xəzərin ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm beynəlxalq əməkdaşlıq mərhələsi başladı. Həmin tarixdən etibarən 12 avqust hər il Xəzər Günü kimi qeyd olunur.
Xəzər dənizi minlərlə canlı növünün yaşayış məkanı, regionun təbii sərvəti və milyonlarla insanın həyatında mühüm rol oynayan unikal ekosistemdir.
Xəzərin qorunması onun sahillərinin, dəniz ekosisteminin, su ehtiyatlarının, biomüxtəlifliyin və bütövlükdə ekoloji tarazlığın qorunması deməkdir. Bu dəyərli təbii irsi gələcək nəsillərə sağlam və təhlükəsiz şəkildə ötürmək hər birimizin məsuliyyətidir.