Qanunvericiliyə əsasən, yaşı 18-dən az olan işçilərin gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır.Bu kateqoriyaya aid şəxslərlə əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilmir, onların attestasiyası da keçirilmir.16 yaşınadək işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün isə 36 saatdan artıq olmamalıdır.Əmək məzuniyyəti isə yaşı 16-dan az olan işçilərə 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə 35 təqvim günündən az olmayaraq verilməlidir.
Yaşı 18-dən az olan işçilərin müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.Həmçinin yaşı 18-dən az olan işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə əmək müqaviləsinə xitam verilə bilməz. Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır.


Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Maliyyə icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu
Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar
Xocalı və Ağdərə sakinlərinin doğma yurda qayıdışı davam edir
Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən Ümumdünya Sammitində iştirak edib
O.F.Məmmədovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 1100-dən çox benefisiar təlimlərdən faydalanıb
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə arterial hipertenziya ilə bağlı dərman təminatı da daxil ediləcək
“Təbiətin səsi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub
Leyla Əliyeva Əminə Ərdoğanla bir arada
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Alyona Əliyeva ukraynalı uşaqlarla
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşü

Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət