lider-media.az

FHN tərəfindən meşələrdə yanğın təhlükəsizliyinə dair praktiki təlim keçirilib (video, foto)

Baxış: 1121 Tarix: Вчера, 15:45

Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin İsmayıllı rayonu Qalınçaq Meşəbəyliyinin 3 saylı Meşə dolayında “Meşə yanğınlarının qarşısının alınması” mövzusunda birgə praktiki təlim keçirib.

Tədbirdə Fövqəladə Hallar, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aidiyyəti yerli qurumlarının məsul əməkdaşları, yerli icra və özünüidarə orqanlarının nümayəndələri, ərazidə fəaliyyət göstərən sahibkarlar və yerli sakinləri iştirak ediblər.

Çıxış edənlər mövzunun aktuallığını qeyd edərək, meşələrdə yanğınların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin, meşələrdə və yaşıllıq ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların, o cümlədən sahibkarların, istirahət edən şəxslərin, həmçinin yaxınlıqda yaşayan sakinlərin odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin zəruriliyi diqqətə çatdırılıb.

Tədbirdə mövzuya dair maarifləndirici çap materialları paylanılıb, cəlb olunan qurumların əməkdaşlarının iştirakı ilə meşədə şərti yanğının söndürülməsi əməliyyatı simulyasiya edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi