lider-media.az

Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib

Baxış: 1671 Tarix: 7-08-2026, 17:04

Kənd Təsərrüfatı Nazirliyində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib. Qanvermə aksiyası Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Talassemiya Federasiyası İctimai Birliyinin birgə təşəbbüsü ilə baş tutub.

Aksiyada Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Nazirliyin və tabeli qurumlarının əməkdaşları iştirak edib.

Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin savab iş olduğunu vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi