lider-media.az

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Baxış: 1395 Tarix: 6-08-2026, 13:08

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787 (Cild I); 2024, № 7, maddə 747; 2025, № 6, maddə 524, № 7 maddə 627; 2026, № 3, maddələr 202, 210) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 9.0.5-ci maddəyə “sənədləri” sözündən sonra “, barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatını, uyğunluq bəyannaməsini və tanınmış xarici mənşəli uyğunluq sənədlərini” sözləri əlavə edilsin;

1.2. 92.2.3-cü maddəyə “sənədlərlə” sözündən sonra “, barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş mallara dair “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri ilə” sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanun barəsində texniki reqlamentlərin və istinad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən 2 (iki) il keçmiş, idxal edilən mallara şamil olunur.

Maddə 3. Bu Qanun dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyul 2026-cı il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi