Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 446-VIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 968 (Cild I); 2024, № 7, maddə 802) 3-cü hissəsinə “sənədlərin” sözündən sonra “, barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatının, uyğunluq bəyannaməsinin və tanınmış xarici mənşəli uyğunluq sənədlərinin” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540 (Cild I); 2024, № 7, maddə 802) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməsi”nin 4.1.5-ci yarımbəndinə “sənədləri” sözündən sonra “, barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatını, uyğunluq bəyannaməsini və tanınmış xarici mənşəli uyğunluq sənədlərini” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 881 (Cild I); 2024, № 7, maddə 802) ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.5.3-cü yarımbəndə ikinci halda “sənədlərin” sözündən sonra “, barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatının, uyğunluq bəyannaməsinin və tanınmış xarici mənşəli uyğunluq sənədlərinin” sözləri əlavə edilsin;
3.2. 3.4.2-ci yarımbəndə ikinci halda “sənədlərə” sözündən sonra “, barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatına, uyğunluq bəyannaməsinə və tanınmış xarici mənşəli uyğunluq sənədlərinə” sözləri əlavə edilsin;
3.3. 5.6-cı bəndə ikinci halda “sənədlərin” sözündən sonra “, barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatının, uyğunluq bəyannaməsinin və tanınmış xarici mənşəli uyğunluq sənədlərinin” sözləri əlavə edilsin.
4. “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 496 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.4-cü bəndə ikinci halda “sənədlər” sözündən sonra “, barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri” sözləri əlavə edilsin.
4.2. 2.5-ci bəndə “sənədlərin” sözündən sonra “, barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatının, uyğunluq bəyannaməsinin və tanınmış xarici mənşəli uyğunluq sənədlərinin” sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 446-VIIQD nömrəli Qanunundan və bu Fərmandan irəli gələn məsələləri həll etsin.
6. Bu Fərmanın 1 – 4-cü hissələri barəsində texniki reqlamentlərin və istinad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən 2 (iki) il keçmiş, idxal edilən mallara şamil olunur.
7. Bu Fərman dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2026-cı il