Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində təşkil olunan növbəti “Həvəsləndirmə mükafatları” müsabiqəsinin qaliblərinin aktivlərlə təminatı davam etdirilir.
Bu dəfə Bərdə şəhərində müsabiqənin daha bir qrup qalibinə özünüməşğulluq proqramı çərçivəsində yaratdıqları kiçik bizneslərini genişləndirmək üçün əlavə avadanlıqlar təqdim olunub.
İndiyədək Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Mərkəzi Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara və Şirvan-Salyan iqtisadi zonaları üzrə ümumilikdə 80-dək şəxsə kiçik bizneslərini genişləndirmələrinə dəstək məqsədilə əlavə avadanlıqlar verilib.
Benefisiarlara təqdim edilən aktivlər kiçik dərzi sexi, un məhsulları istehsalı avadanlıqları, kişi bərbərxanası, avtomobil şinlərinin bərpası və təmiri fəaliyyət istiqamətlərini əhatə edir.
"Həvəsləndirmə mükafatları" müsabiqəsi özünüməşğulluq proqramı çərçivəsində uğurlu fəaliyyət göstərən benefisiarları bizneslərini daha inkişaf etdirməyə təşviq etmək, onların gəlir imkanlarını artırmaq və fəaliyyətlərinin dayanıqlığını gücləndirmək məqsədi daşıyır.
Müsabiqənin birinci mərhələsi çərçivəsində ümumilikdə 100 benefisiarın əlavə aktivlərlə təmin edilməsi nəzərdə tutulur. Aktivlərin təqdimatı mərhələli şəkildə davam etdirilir. Növbəti mərhələdə daha 190 nəfərin əmlaklarla təmin edilməsi planlaşdırılır.
Bərdə şəhərində layihə çərçivəsində növbəti maarifləndirmə görüşü də keçirilib. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, Bərdə Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, layihə əməkdaşları və 60-dan çox benefisiarın iştirak etdiyi görüşdə layihənin məqsədi, icra mexanizmi, iştirak şərtləri və iştirakçılar üçün nəzərdə tutulan dəstək tədbirləri barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




Maliyyə icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
“Məşğulluğa Dəstək Layihəsi”nə cəlb olunan şəxslərə bizneslərini genişləndirmək üçün daha bir imkan
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb