lider-media.az

Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı

Baxış: 9 Tarix: 7-03-2025, 17:52

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonu və Füzuli şəhərinə köçürülən sakinlərdən daha bir qrup şəxsi özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin edib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin olunan sakinlərlə görüşüb. 

Qeyd edilib ki, proqram iştirakçılarının quracaqları kiçik təsərrüfatlar onların sosial rifahının yaxşılaşmasına töhfə verəcək və bölgədə yeni iş yerlərinin açılmasına da imkan yaradacaq. Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə edib, özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər. 

Qeyd edək ki, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, dərzi sexi, avtoçilingər, dönərxana və kişi bərbərxanası xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.  Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 221-ə çatıb.Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq  proqramı üzrə kiçik bizneslər yaradıldı

Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq  proqramı üzrə kiçik bizneslər yaradıldıLaçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq  proqramı üzrə kiçik bizneslər yaradıldı
 Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq  proqramı üzrə kiçik bizneslər yaradıldı

  Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq  proqramı üzrə kiçik bizneslər yaradıldı

Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq  proqramı üzrə kiçik bizneslər yaradıldı
Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq  proqramı üzrə kiçik bizneslər yaradıldı
Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq  proqramı üzrə kiçik bizneslər yaradıldı
Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq  proqramı üzrə kiçik bizneslər yaradıldı
Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq  proqramı üzrə kiçik bizneslər yaradıldı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi