lider-media.az

Sənaye istehsalı haqqında

Baxış: 166 Tarix: Сегодня, 15:13

Sənaye sektorunda 2026-cı ilin yanvar-iyun aylarında 33,1 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,1 faiz çox sənaye məhsulu istehsal edilib.

Emal sənayesində 2026-cı ilin yanvar-iyun aylarında 10912,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,5 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Emal sənayesində 2026-cı ilin yanvar-iyun aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (2,2 dəfə), əczaçılıq məhsullarının istehsalı (+35,5%), toxuculuq sənayesi (+34,0%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+20,6%), maşın və avadanlıqların quraşdırılması və təmiri işləri (+20,5%), tütün məmulatlarının istehsalı (+19,4%), kağız və karton istehsalı (+11,1%), qida məhsullarının istehsalı (+9,9%), metallurgiya sənayesi (+6,6%), tikinti materiallarının istehsalı (+4,7%) sahələrində olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi