Prezident Kitabxanasında Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı və Prezident Kitabxanasının birgə təşkilatçılığı ilə “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəb çərçivəsində tədbir keçirilib. Kitabxanadan bildirilib ki, əvvəlcə iştirakçılar Prezident Kitabxanasının fəaliyyəti, zəngin fondları və oxucular üçün yaradılmış müasir rəqəmsal imkanlarla yaxından tanış olublar.Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycançılıq ideologiyasının formalaşdırılmasındakı müstəsna xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkənin tərəqqisinin əsas istiqamətlərindən biri olaraq qalır.
Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova çıxışında Heydər Əliyevin zəngin siyasi və elmi irsinin öyrənilməsinin və gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb. O, Prezident Kitabxanasının bu istiqamətdə həyata keçirdiyi layihələr, elektron informasiya resursları və maarifləndirici tədbirlər barədə ətraflı məlumat verib. Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən, onun Azərbaycançılıq məfkurəsinin formalaşmasındakı tarixi xidmətlərindən bəhs edən videoçarx nümayiş etdirilib. Şair-bəstəkar İzolda Babayeva çıxış edərək gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması, milli məfkurəyə bağlılıq mövzusunda ürək sözlərini bölüşüb və tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Tədbir çərçivəsində Prezident Kitabxanası tərəfindən hazırlanmış “Heydər Əliyev. Elektron sənədlər toplusu” adlı genişmiqyaslı elektron layihə təqdim olunub. Bildirilib ki, layihə Ümummilli Liderin zəngin irsinin rəqəmsal məkanda qorunması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm elmi-informasiya mənbəyidir.
Sonda Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova tələbələri maraqlandıran sualları cavablandırıb. İnteraktiv formada keçən bu hissədə tələbələr tərəfindən rəqəmsallaşma mühitində müasir kitabxana fəaliyyətinin təşkili və Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması, inkişafı istiqamətində yürütdüyü uzaqgörən dil siyasəti ilə bağlı verilən suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.







ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Su şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatların təqdimatı keçirilib
Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiq edilib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb