lider-media.az

Müəyyən yaşdan sonra artıq çəki faydalıymış

Baxış: 239 Tarix: 30-05-2024, 07:51

Piy toxumasının, artıq çəkinin zərəri və müxtəlif xəstəliklərə səbəb olması barədə çox danışılır. Əslində insanın bədənində olan piylərin vəziyyəti  yetərincə öyrənilməmişdir. Mütəxəssislər insan bədənində olan piylər haqqında müxtəlif fikirlər yürüdərək  onun insana müəyyən yaş həddində  faydasının olduğu qənaətinə gəliblər.

Orqanizmdə yağlar yaxşı və pis olmaqla fərqlidir. İnsanın kökəlməsinə səbəb olan yağlar pis yağlardır. Bu yağlar səbəbindən orqanizmimizdəki piylərin miqdarı artır və xəstəliklərə səbəb olur. Amma orqanizm yaxşı yağlarsız yaşaya bilməz. Çünki bəzi vitaminlər orqanizm tərəfindən yağların sayəsində sorulur.

Qeyd edək ki, pis yağ dedikdə ətdə və süd məhsullarında olan və orqanizm tərəfindən sorulmayıb piy toxumasına çevrilərək donub qalmış yağlar nəzərdə tutulur.Yaxşı yağlar isə balıqda,günəbaxan tumunda, təmiz kərə yağında və qozda olur.

Hər bir normal orqanizmdə az miqdarda olsa da piy toxuması olmalıdır. Bu orqanizmin normal funksiyası üçün lazımdır. Qadın orqanizmində 20-25%, kişi orqanizmində isə 5-10% piy toxumasının olması normal hesab edilir. Bu göstəricinin az olması ürək-damar sisteminin, endokrin sistemin və mərkəzi sinir sisteminin patologiyalarına səbəb olur.

Mütəxəssislər araşdırmalar nəticəsində maraqlı bir faktı da ortaya çıxarıblar. “Jama Neurology” jurnalında dərc olunan araşdırmaya görə, piylənmə yaşlı insanları demensiyadan qoruyur(demensiya-unutqanlıqla müşayiət olunan xəstəliklərin ümumi adı). Məlumdur ki, orta yaşda piylənmə yaşlandıqca demensiyanın inkişafı üçün aparıcı risk faktorudur. Burada əsas səbəblərdən biri beynə gedən qan axınının azalmasıdır. Bildiyimiz kimi, piylənmə həm də bütün bədəndəki qan damarlarına zərər verə bilən yüksək qantəzyiqi riski hesab olunur. Amma maraqlısı odur ki, 65 yaşdan sonra bu vəziyyət dəyişir. Belə ki, bu yaş həddindən sonra artıq çəkiyə sahib olmağın beynə təsir edən xəstəliklərə qarşı qoruyucu funksiyası olduğu  aşkarlanıb. Bu iki ziddiyyətli faktı tədqiqatçılar “piylənmə paradoksu” adlandırıblar. Beləliklə, piylənmənin bütün hallarda insan sağlamlığı üçün zərərli olduğuna dair ənənəvi inanca zərbə vurulub.

Beləliklə, mütəxəssislərin elmi araşdırmlarını nəzərə alaraq deyə bilərik ki, yaşlı insanlarda bir az artıq çəki heç də zərərli deyil, əksinə onlar üçün qoruyucudur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi