lider-media.az

FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb

Baxış: 573 Tarix: 17-06-2026, 10:40

11-15 iyun 2026-cı il tarixlərində Rumıniyanın Kodliya şəhərində Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) təşkilatçılığı ilə qol güləşi üzrə kişilər və qadınlar arasında Avropa çempionatı keçirilib.

Yarışda Avropanın 30 ölkəsindən 600-ə yaxın idmançı müxtəli çəki kateqoriyalarında əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar.

Çempionatda iştirak edən Azərbaycan qol güləşi üzrə milli yığma komandasının üzvü və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı çavuş Toğrul Şahlarlı yüksək nəticə göstərərək uğur qazanmağı bacarıb. Belə ki, o, 86 kq çəki dərəcəsində sol qol üzrə 11 görüş keçirərək bürünc medalın sahibi olub.

Qalibə Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) təsis etdiyi diplom və medal təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi