lider-media.az

Ölkədə muzdla çalışan işçilərin sayı və əməkhaqqı barədə

Baxış: 1512 Tarix: 15-05-2026, 16:48

2026-cı il aprelin 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1797,6 min nəfər olmuş, onlardan 869,5 min nəfəri dövlət sektorunda, 928,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla çalışan işçilərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 13,8 faizi sənaye, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 14,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2026-cı ilin yanvar-mart aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq 1151,5 manat təşkil etmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi