lider-media.az

Aprelin 24-ü saat 10:00 olan faktiki hava

Baxış: 1158 Tarix: 24-04-2026, 10:49

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək dağlıq ərazilərdə isə (Kəlbəcər, Laçın) sulu qar yağıb.
Düşən yağıntının miqdarı Qubada 3, Gəncə, Naftalan, Qusar, Balakən, Şabran, Xaçmaz, Zaqatala, Şəki, Tərtər, Yevlax, Sabirabad, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənir. Küləyin maksimal sürəti Kəlbəcərdə 25, Ağstafada 21, Tovuz və Xınalıqda 20, Goranboyda 19, Zəngilan, Naftalan və Daşkəsəndə 18 m/s, Lerik və Gədəbəydə 16 m/s-dək çatır.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, Qobustan, Şamaxı, Xızı, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Qusar, Quba, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi