lider-media.az

Bəhruz Nəbiyev: Beynəlxalq Çövkən Federasiyasına Azərbaycan nümayəndəsinin prezident seçilməsi sevindiricidir

Baxış: 191 Tarix: 2-02-2024, 12:43


"Sevindirici haldır ki, Azərbaycanın ən qədim atüstü oyunlarından olan çövkən artıq beynəlxalq federasiya tərəfindən təbliğ olunacaq".

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Çövkən Federasiyasının prezidenti seçilən Bəhruz Nəbiyev qurumun təsis edilməsi ilə əlaqədar keçirilmiş Baş Assambleyanın yekun iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, səsvermədə iştirak edən 19 ölkənin nümayəndəsinə təşəkkür etdiyini bildirib: "Seçkilərdə tam dəstək alaraq federasiyanın ilk prezidenti seçildim. Bu vəzifəyə məhz Azərbaycandan birinin seçilməsi sevindirici məqamdır".

B. Nəbiyevin sözlərinə görə, federasiya daxilində 6 regional qrup fəaliyyət göstərir: "Onlardan beşi bu Assambleyada təmsil olunurdu. Nigeriya, Özbəkistan, Çexiya, Avstraliya və Argentinanı təmsil edən nümayəndələr bu qrupların rəhbəri seçildilər".

Qitə və dünya çempionatları ilə bağlı müzakirələrin aparılacağını qeyd edən federasiya rəhbəri deyib: "Həmin turnirlərin tarixlərini və növbəti iclasımızın keçiriləcəyi məkanı müəyyənləşdirəcəyik. Bu gün beynəlxalq çövkən qaydalarını da təsdiq edəcəyik".

Qeyd edək ki, ötən gün Baş Assambleyanın iclasında keçirilmiş seçkilərdə Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti, Polşanın nümayəndəsi Matsey Miçel Olbriç isə baş katibi seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi