lider-media.az

Saatlıda keçirilən turnirdə 200-dən artıq qız mübarizə apardı

Tarix: 22-05-2024, 10:18

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə baş tutub turnir qızlar tərəfindən böyük marağa səbəb oldu.
Turnirin məqsədi qızlar arasında intellektual oyunlara marağın daha geniş şəkildə təşviq edilməsi və kütləvi hal alması, bu idman növündə onların fəal iştirakına nail olunmasıdır.
Turnirin bağlanış mərasimində çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycanda şahmatın inkişafından, dövlətin bu sahəyə qayğısından danışıb. O, Saatlı rayonunda belə bir turnirin keçirilməsinin əhəmiyyətini qeyd edərək, iştirakçılara yeni nailiyyətlər arzulayıb.
Dövlət Komitəsinin sədr müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva çıxış edərək, 200-dən artıq şahmatçı qızın turnirdə iştirakının çox qürurverici hal olduğunu qeyd edib. Turnirin qızlar arasında intellektual oyuna marağın təşviqində, onlarda analitik düşünmə qabiliyyətinin formalaşdırılmasında rolundan bəhs edərək Dövlət Komitəsinin Şahmat Federasiyası ilə birgə, xüsusilə regionlarda mütəmadi olaraq belə tədbirlər keçirməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Sonra Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova çıxış edərək, şahmatçı qızları təbrik edib. Federasiyanın qadın şahmatının inkişafına böyük önəm verdiyini vurğulayan Z. Məmmədyarova turnirin önəmini qeyd edərək gələcəkdə də belə bir tədbirlərin keçiriləcəyini bildirib.
Turnir zamanı Aynur Sofiyeva şahmat taxtası arxasına keçərək qızlarla şahmat oynayıb və onlara öz tövsiyələrini verib.
Yekunda qaliblər medal, diplom, hədiyyələrlə mükafatlandırılıb. Hər bir iştirakçıya sertifikat və şahmat hədiyyə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi