Baharın nəfəsi hələ torpağın sinəsinə tam hopmamış, qışın sükutu hələ tam çəkilməmiş bir vaxtda el arasında qəribə bir oyanış başlayır. Sanki torpaq dərin yuxudan ayılır, sular pıçıldayır, külək köhnə dərdləri aparmağa tələsir. Bu oyanışın adı Novruzdur.
Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi dəyərlərini, mədəniyyətini özündə əks etdirən Novruz Azərbaycan xalqının ən qədim və ən əziz bayramıdır. Varlığın canlanmasını, ana təbiətin dirilməsini, yeni ilin, yeni günün gəlməsini müjdələyən Novruz bayramına xalqımız Kiçik çillə çıxdıqdan sonra, yəni bayrama bir ay qalmış hazırlaşmağa başlayır. Kiçik çillənin qurtardığı vaxtdan (21, 22 fevral) yazın ilk gününə (21, 22 mart), yəni Novruz bayramına qədər davam edən Boz ay daxil olur. Belə ki, Boz ay fevralın son on gününü və martın ilk iki on günlüyünü əhatə edir. Qış fəslinin son otuz günü olan Boz aya xalq arasında “Ala çillə”, “Bayram ayı” və sair də deyilir. Qış fəslinin axırıncı ayı hesab edilən Boz ayın bu cür adlandırılması təsadüfi deyildir. Boz ayda havalar dəyişkən – gah soyuq, qarlı, küləkli, çiskinli, yağmurlu, gah da mülayim olur. İnsanlar Boz ayın soyuqluğuna baxmayaraq, Bahar bayramının gəlişi ilə bağlı hazırlıqlara başlayırlar. Təmizlik, səliqə-sahman, bağ-bostan işləri görülür. Arxlar, çay kənarları təmizlənir, toxumlar saf-çürük edilir.
Bu bayrama aparan yol dörd müqəddəs çərşənbədən keçir: Su, Od, Yel və Torpaq. Onların ilki – Su çərşənbəsi həyatın başlanğıcını, saflığı və yenilənməni təcəssüm etdirir. Su çərşənbəsi təbiətin dirçəlişinin ilk müjdəsidir. Qədim inanclara görə, məhz bu gün sular hərəkətə gəlir, donmuş çaylar çözülür, bulaqların gözü açılır. El arasında deyirlər ki, “Su çərşənbəsində su danışar”. Bu, təbiətin dilə gəlməsi, həyatın yenidən başlaması deməkdir. Su çərşənbəsinə müxtəlif bölgələrdə “Əzəl çərşənbə”, “Kiçik çərşənbə”, “Sular Novruzu” kimi adlarla da rast gəlmək mümkündür. Təbii ki, bu adların verilməsi səbəbsiz deyildir. Onun məzmunu, mahiyyəti ilə bağlıdır.
“Su çərşənbəsi” adlandırdığımız birinci çərşənbə də adından göründüyü kimi müqəddəsliyin, təmizliyin, paklığın, sağlamlığın rəmzidir. Bir sözlə, su həyatdır. Tanrının yer üzündə canlılara bəxş etdiyi bu nemətlə ana torpaq canlanır, bar-bərəkət verir. Ulu babalarımız, nənələrimiz Yaradanın bu bəxşişini böyük nemət sayıblar. Onlardan bizə su ilə bağlı çoxlu sayda müqəddəs inam və inanclar, andlar, atalar sözləri, məsəllər, deyimlər yadigar qalıb. Ulularımız düşünüblər ki, torpağın canlanma qaynağı məhz sudur. Bu baxımdan ilk çərşənbəyə “Su çərşənbəsi” adını vermişlər.
Su çərşənbəsində bəzi bölgələrdə obaşdan dan yeri sökülməmiş qız-gəlinlər, yaşlılar, cavanlar, uşaqlar axar çay, bulaq başına gedərlər. Suya salam verib, salavat çəkərlər. Elliklə su başında bayramlaşarlar, bir-birini ilk Su çərşənbəsi münasibətilə təbrik edərlər. Çərşənbə suyundan içərlər. Əl-üzlərini, pal-paltarlarını yuyarlar. Boş qablarını doldurarlar. Sonra da həmin sudan gətirib evlərinin künc-bucağına, həyətlərinə, meyvə ağaclarına səpərlər. Həmçinin gətirdikləri çərşənbə suyundan evdə xəstə olanlara, niyyəti, arzusu kam olanlara içirdərlər ki, şəfa tapsınlar. İlk çərşənbə suyundan mal-qaralarına, qoyun-quzularına da içirdərlər ki, sağlam olsunlar. Qadınlar ilk çərşənbə suyundan çörək bişirmək üçün maya da hazırlayarlar ki, illik ruziləri bol olsun.
Bəli, Novruzun çərşənbələri xalqımızın minilliklərdən süzülüb gələn yaddaşıdır. Qeyd etdiyimiz çərşənbələrin hər birində tonqal qalamaq, yanar odun üzərindən hoppanmaq, bol nemətli bayram süfrəsi açmaq el adətidir. Bu mərasimlərdə təbiətə ehtiram, kainatla harmoniya, insanın öz kökünə bağlılığı ifadə olunur.
Bu gün qloballaşan dünyada qədim adətlərimizin qorunması xüsusi əhəmiyyət daşıyır. Çünki bu ənənələr bizi biz edən dəyərlərdir. Su çərşənbəsində axar suyun başında edilən sadə bir niyyət belə insanı kökünə bağlayır, ona mənsubiyyət hissi verir. Görünən odur ki, Su çərşənbəsi sadəcə təqvim hadisəsi deyil, milli kimliyimizin dərin qatlarını yaşadan mənəvi irsdir.
Novruzun ilk çərşənbəsi bizə xatırladır ki, həyat daim axardadır. Suyun dayanmadan axması kimi zaman da keçir. Lakin dəyərlər qalır. Axar suyun kənarında tutulan bir niyyət, edilən bir dua, deyilən bir xoş söz – bunlar xalqın ruhunu yaşadan əbədi işıqdır.
Qoy Su çərşənbəsinin saf suyu ruhumuzu yusun, qəlbimizdəki yorğunluğu aparsın. Qoy hər ocağa bərəkət, hər ürəyə ümid gətirsin. Çünki su axdıqca həyat davam edir, həyat davam etdikcə Novruz yaşayır – xalqın yaddaşında, sözündə və ruhunda.
Nurəngiz Adilqızı


Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər
“Bu sülh hələ kövrəkdir” - İlham Əliyev
Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri yekunlaşıb
Milli Observatoriyanın sədri BMT-nin Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzinin Baş Assambleya iclasında çıxış edib
Yanvar-sentyabr aylarında DOST mərkəzlərində 762 min vətəndaşa xidmət göstərilib
"Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Çexiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib
Vətən müharibəsinin on doqquzuncu günü: Tərtərdə sınan faşizm və cəbhədə yazılan yeni tarix
AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir
15 oktyabr 2003-cü il cənab İlham Əliyevin Prezident seçildiyi gündür
Havada toz müşahidə olunur
Türkmənistan Prezidenti də Bakıda
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb
İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub
İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib
İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər