lider-media.az

Ötən ay əlilliyi olan 2800 şəxsə 123 min reabilitasiya vasitəsi verilib

Baxış: 1467 Tarix: 20-02-2026, 13:47

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yanvar ayında əlilliyi olan 2800 şəxsi 123 min reabilitasiya vasitəsi ilə təmin edib.

Qeyd olunan reabilitasiya vasitələrindən 605-i təkərli oturacaq (o cümlədən 8-i mühərrikli təkərli oturacaq), 190-ı aşağı və yuxarı ətraf protezi, 317-si əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 811 cüt protez və yarım cüt ortopedik ayaqqabı, 321 eşitmə aparatı, 28 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Qeyd edək ki, ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi