lider-media.az

Bu il əlilliyi olan 500-dən çox şəxsə reabilitasiya vasitələri yaşadıqları ünvanlara aparılaraq təqdim edilib

Baxış: 17518 Tarix: 28-07-2025, 20:08

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu il əlilliyi olan 500-dən çox şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları ünvanlara aparılaraq təqdim edilib.

Onlara mühərrikli təkərli oturacaq, açıq və qapalı məkanda, sanitar-təchizatlı təkərli oturacaq, aşağı ətraf protezi, ortopedik və protez ayaqqabı, süd vəzi protezi, hərəkətli qaldırıcı qurğu, əsa, dirsəkaltı və qoltuqaltı ağac, dördayaqlı dayaq vasitəsi və s. olmaqla ümumilikdə 1757  reabilitasiya vasitəsi verilib.

Qeyd  edək ki, ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin, yaxud yaxınlarının  Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gələ bilmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təhvil verilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi