lider-media.az

Bu il əlilliyi olan daha 400-dək şəxsə reabilitasiya vasitələri yaşadıqları ünvanlara aparılaraq çatdırılıb

Baxış: 462 Tarix: 1-05-2025, 11:28

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu il əliliyi olan daha 400-dək şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları ünvanlara aparılaraq təqdim edilib. Onlara mühərrikli təkərli oturacaq, açıq və qapalı məkanda, sanitar-təchizatlı təkərli oturacaq,  aşağı ətraf protezi, ortopedik və protez ayaqqabı, süd vəzi protezi, hərəkətli qaldırıcı qurğu, əsa, dördayaqlı dayaq vasitəsi, dirsəkaltı və qoltuqaltı ağac və s. olmaqla ümumilikdə 1000-dən çox reabilitasiya vasitəsi verilib.

Qeyd  edək ki, ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin, yaxud yaxınlarının  Bakıya, Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilmək imkanı olmayan fiziki məhdudiyyətli insanlara bu vasitələr ünvanlarına aparılaraq çatdırılır. Bu istiqamətdə tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi