Köç karvanı Ağdam şəhərinə çatıb

Fevralın 17-də doğma yurduna yola salınan köç karvanı Ağdam şəhərinə çatıb. Bu mərhələdə Ağdam şəhərinə 419 nəfərdən ibarət 120 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.




