lider-media.az

QARDAŞ ÖZBƏK ƏDƏBİYYATINDAN İNCİLƏR

Baxış: 2 264 Tarix: 27-01-2026, 21:00

Əhval

 

Bilmədim…

Könlümü dünyaya açdığımı da,

Sevgimi aləmə saçdığımı da.

Şükür badəsini içdiyimi də,

Həyat gözəl imiş, olduqca gözəl!

 

Bilmədim…

Haqq yolun gəzdimi ruhum,

Cənnətin dadını sezdimi ruhum,

Cismimi qəflətdən üzddümü  ruhum,

Həyat gözəl imiş, olduqca gözəl!

 

Bilmədim…

Eşqin istisindən doydumu  ürək,

Yanmağı kənara qoydumu ürək?

Qismətinə razı oldumu ürək,

Həyat gözəl imiş, olduqca gözəl!

 

Bilmədim…

Dodaqlar toxunub qaynamaqdamı,

Gözlər qaçdı-qovdu oynamaqdamı.

Eşqdən yanan canın odlanmaqdamı,

Həyat gözəl imiş, olduqca gözəl!

 

Muallif: Mashhura Muhammad qizi

Tarjimon: Şahməmməd Dağlaroğlu

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi