lider-media.az

Türkiyədə arxeoloqlar ilahə Higeyanın heykəlinin başını aşkar ediblər

Baxış: 510 Tarix: 21-05-2024, 07:15

Türkiyədə arxeoloqlar ilahə Higeyanın heykəlinin başını aşkar ediblər

Türkiyənin cənub-qərbindəki Dənizli vilayətindəki qədim Laodikeya yaşayış yeri ərazisində qazıntı işləri aparan arxeoloq qrupu qədim yunanların sağlamlıq ilahəsi Higeyanın heykəlinin yuxarı hissəsini aşkar ediblər.

Lider-media.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbabət tanrısı Asklepinin qızının 2100 illik heykəlini Pamukkale Universitetinin professoru Cəlal Şimşəyin rəhbərlik etdiyi mütəxəssislər aşkar ediblər.

Şimşək sosial şəbəkələrdə tapıntının fotosunu paylaşaraq heykəlin təxminən iki min il torpaq altında qaldığını qeyd edib.

Qədim Yunan mifologiyasında Higeya çox vaxt sol əlində fincan, sağ əlinə sarılmış ilanla təsvir edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi