lider-media.az

ZABİTİMİZİN ŞEİRİ ALBANİYA MEDİASINDA YAYIMLANIB

Baxış: 1 920 Tarix: 27-01-2026, 20:50

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru mayor Anar Əhmədovun Azərbaycan və Pakistan xalqlarının əbədi dostluq və qardaşlığına həsr etdiyi, həmçinin ingilis dilinə tərcümə olunmuş “BAKIDAN SALAMLAR İSLAMABADA”adlı şeiri (“HELLO, FROM BAKU TO ISLAMABAD”) Albaniyanın “Albspirit” saytında yayımlanıb.

Müəllifin iki ölkənin əbədi dostluq və qardaşlığına həsr etdiyi, eləcə də Elmar Hüseynov tərəfindən ingilis dilinə tərcümə olunmuş şeiri bundan öncə Pakistanın nüfuzlu “The Diplomatic Insight” jurnalında, “Courier”saytında və Keniyanın gündəlik nəşr olunan nüfuzlu “The MT. Kenya Times” qəzetində dərc olunub.

Məlumat üçün qeyd edək ki, zabitimizin Azərbaycan və Özbəkistan xalqlarının əbədi dostluq və qardaşlığına həsr etdiyi, eləcə də özbək dilinə tərcümə olunmuş şeirləri Özbəkistan mediasında da geniş işıqlandırılıb.

Zabitimizin Albaniya mediasında yayımlanan şeirini aşağıdakı linkə daxil olaraq oxuya bilərsiniz:

https://alb-spirit.com/2026/01/23/anar-akhmedov-hello-from-baku-to-islamabad/

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi