lider-media.az

Nazirdən açıqlama: Yaşa görə orta aylıq pensiya artır

Baxış: 1748 Tarix: 21-01-2026, 21:14

2026-cı ildə orta aylıq pensiyanın 590 manata, yaşa görə orta aylıq pensiyanın isə 629 manata yüksəlməsi gözlənilir.

Lider-media.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-də yayımlanan “Hədəf” verilişində məlumat verib.

Nazir bildirib ki, bu il pensiyaların təqribən 9 faiz artırılması, bunun üçün əlavə illik 636 mln. manat vəsait ayrılması nəzərdə tutulur:

"1.1 milyon vətəndaşın pensiyasının indeksləşməsi gözlənilir. İndeksasiya mexanizmi Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçrilir. Komitə rəqəmləri elan etdikdən sonra məbləğin tam dəqiq şəkildə nə qədər indeksasiya olunacağı bilinəcək".



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi