lider-media.az

Yanvarın 14-ü saat 10:00-a olan faktiki hava

Baxış: 1169 Tarix: 14-01-2026, 11:17

Yanvarın 14-ü saat 10:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. Dağlıq və dağətəyi rayonlarda qar yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.
Yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 30, Şahbuzda 29, Sarıbaşda (Qax) 23, Qubada 20, Şəkidə 15, Kəlbəcərdə 13, Laçın, Xınalıq, Qubadlı və Qusarda 10, Xaltan və Şahdağda 9, Altıağac və Gədəbəydə 8, Zaqatalada 6, Şuşada 5, Xankəndi, Qobustan və Daşkəsəndə 4, Şamaxı və Sədərəkdə 3, İsmayıllı və Şərurda 2, Balakən və Xocalıda isə 1 sm-dir.
Bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 26, Neftçalada 24, Gəncə, Tərtərdə 20, Ağstafa, Şəmkirdə 18, Bərdədə 16, Yevlaxda 15 m/s-dək güclənir.
Quba, Qusar, Şəki, Qax, Göygöl, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi