lider-media.az

MEK-in direktoru “Planet FM” radiosuna müsahibə verib

Baxış: 1382 Tarix: 12-01-2026, 13:02

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov “Planet FM” radiosuna müsahibə verib. Direktor müsahibəsində 100 illik kitabxananın yaranma mərhələlərinə və müasir dövrdə MEK-də göstərilən elektron xidmətlərə toxunub. Bildirilib ki, son illərdə rəqəmsallaşdırma sahəsinə xüsusi diqqət yetirilir. Əldə olunan yeni skan avadanlıqlarının istifadəsi nəticəsində tammətnli elektron kitabların sayı sürətlə artırılıb və bu proses hazırda da davam edir.

Direktor müsahibə zamanı MEK-in yenilənmiş rəsmi saytı haqqında da məlumat verib. Qeyd edib ki, sayt vasitəsilə dünyaca məşhur elektron bazalara və kitabxanalara çıxış mümkündür. MEK-in yeni “Korporativ kitabxana” layihəsindən bəhs edən Hüseyn Hüseynov AMEA-nın nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin kitabxana fondlarının Mərkəzi Elmi Kitabxananın vahid bazasında qorunacağını diqqətə çatdırıb. O bildirib ki, artıq AMEA-nın Ədəbiyyat İnstitutunun elektron kitabxanası yaradılaraq istifadəyə verilib və MEK-in rəsmi saytı vasitəsilə həmin institutun elektron resurslarına sərbəst çıxış mümkündür.

MEK-in zəngin ədəbiyyat fondu barədə də məlumat verən direktor kitabxanada müxtəlif elm sahələrinə aid nadir və qiymətli nəşrlərin mövcud olduğunu qeyd edib. Eyni zamanda, Könüllülük hərəkatının kitabxanadakı uğurlu fəaliyyətindən söz açan Hüseyn Hüseynov gənclərin fəal iştirakı sayəsində kitabxanada maraqlı, sosial yönümlü və genişmiqyaslı layihələrin, eləcə də müxtəlif tədbirlərin uğurla həyata keçirildiyini vurğulayıb.

Müsahibə ilə daha ətraflı tanış olmaq üçün aşağıdakı linkə  ( https://www.youtube.com/watch?v=SrroglSvrTI )  keçid edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi