lider-media.az

Monteneqro Baş nazirinin müavini Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib

Baxış: 1 102 Tarix: 20-12-2025, 21:26

Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç dekabrın 20-də Bakıdakı Zəfər parkını ziyarət edib.

Lider-media.az xəbər verir ki, Ervin İbrahimoviç parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç Şəhidlər xiyabanını da ziyarət edib.

Ervin İbrahimoviç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi