lider-media.az

Bakı Kitab Mərkəzində "Milli xilaskar" və "Ulu röya yolunda" kitablarınının təqdimatı olub

Baxış: 1 516 Tarix: 17-12-2025, 15:43

Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir tədbirdə iştirak edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzində yazıçı Gülər Coşqunsoyun cənab Prezident İlham Əliyevə həsr olunmuş "Milli xilaskar" və milli qəhrəman, şəhid general Polad Həşimovun xatirəsinə ithaf edilən "Ulu röya yolunda" kitablarının təqdimat və imza günü keçirilib.
Lider-media.az xəbər verir ki, təqdimat mərasimi Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə cənab Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklər səsləndirilib. 
Milli Məclisin deputatı Ülviyyə Ağayeva, sənətşünas Vasif Ayan, ATİB-in fəxri başqanı Cəmal Yangın, Türkiyə səfirliyinin rəsmisi Altekin Cihangir İşbilir, Vətən Müharibəsi Fondunun rəhbəri Şəfa Mövsümov, Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmisi Şaiq Səfərov, qazi baş leytenant Rafiq Rəhimli, "STMEGI" Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun direktor köməkçisi Fuad Xaimov və digər qonaqlar mərasimdə çıxış ediblər. 
Tədbir zamanı kitablardan parçalar səsləndirilib, Gülər Coşqunsoyun sözlərinə bəstələnmiş mahnı nümayiş etdirilib.

Sonda oxucular üçün imza mərasimi təşkil olunub.


Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi