lider-media.az

Qəhrəmanlar unudulmur! Polad Həşimov: Vətənin qəhrəmanlıq simvolu

Tarix: 18-12-2024, 13:24

Azərbaycanın Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Həzi Aslanov kimi ağır döyüşlərdən çıxaraq general rütbəsinə yüksələn qüdrətli sərkərdələri olub. Onların sırasında ağır hərbi əməliyyatlarda tarix yazan, əsgərlərinin önündə çəkinmədən qüşmən üzərinə yeriyən qorxusuz generallarından biri də Milli QəhrəmanPolad Həşimov idi.Polad İsrayıl oğlu Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində doğulub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. 1992-ci ildə Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub, 1995-ci ildə buranı motoatıcı ixtisası üzrə bitirib.1992-ci ilin dekabr ayında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsində, 1993-cü il hadisələri zamanı dövlət çevrilişinə cəhdin qarşısının alınmasında, 702-ci motoatıcı briqadanın hazırlığında iştirak edib, Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlar keçirib. Həmçinin 1994-cü ildə Türkiyə Respublikası İstanbul şəhərində yerləşən “Tuzla Piyada Okulu”nda üç aylıq kurs keçib, hərbi təhsilini təkmilləşdirib.

Həmin ilin fevral ayında Murovdağ silsiləsində Güzgü, Koroğlu dağı və Ömər yüksəkliklərinin alınması uğrunda vuruşub. 1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub, hərbi idarəetmə ixtisaslaşması üzrə magistr elmi ixtisas dərəcəsi alıb. 2017-ci ilin aprel ayından şəhid olduğu günədək hərbi birlik komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edib.

Polad Həşimov Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 iyun tarixli əmri ilə “Hərbi xidmətlərə görə” və 2009-cu il 25 iyun tarixli əmri ilə “Vətən uğrunda” medalları ilə, 2014-cü il  24 iyun tarixli əmri ilə “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə, 2016-cı il Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 aprel tarixli əmri ilə “Vətənə xidmətə görə” II dərəcəli ordeni ilə mükafatlandırılıb. Həmçinin Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub.2016-cı il aprelin 2-dən 4-dək Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə 1-ci Ordu Korpusunun Qərargah rəisi olub, döyüş zamanı yaralanıb. Hal-hazırda həmin istiqamətdəki postlardan biri “Polad postu” adlanır.

25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-mayoru Həşimov Polad İsrayıl oğlu 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən şəhid olub. 14 iyulda general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. 15 iyulda II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.2020-ci ilin avqust ayında “Qanun” Nəşriyyatı tərəfindən general-mayor haqqında “Polad generalımız” adlı kitab nəşr edilib. Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Həmçinin, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi general Polad Həşimovun xatirəsinə “Paşam, hey” adlı mahnı və klip hazırlayıb. “Hədəf nəşrləri”nin “Xatirə ədəbiyyatı” silsiləsində “General Polad Həşimov xatirələrdə” kitabı nəşr edilib.

28 oktyabr 2020-ci ildə Türkiyə Respublikasının Bursa şəhər Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni parkın açılışı olub.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə general-mayor Polad Həşimov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

44 günlük Vətən müharibəsində əsgər Cəbrayıl Dövlətzadə Polad Həşimovun qatilini diri-diri boğaraq öz generalının qisasını alıb. Yağı düşmənə onun generalının bir əsgərdən də gücsüz və iradəsiz olduğunu sübut edib. Bu gün Qarabağ, Şərqi Zəngəzur Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin iradəsi ilə tikilir, qurulur. Qaçqın və məcburi köçkünlər öz dədə-baba yurdlarına, torpaqlarına qayıdır. General Polad Həşimov, əsgər Cəbrayıl Dövlətzadə kimi Qəhrəmanların ailə üzvləri dövlətin qayğısını öz üzərində hiss edir. Polad Həşimov kimi Vətənin Qəhrəmanlıq simvoluna dönən bir igidi dünyaya gətirib böyüdən Səmayə ana isə hər yerdə, hər bir tədbirdə başa keçirilir, söz sahibinə çevrilir. Övladının sonsuz Vətən sevgisinin mükafatı ona və nəvələrinə ərməğan edilir.  

Cəlil Xəlilov

Respublika Veteranları Təşkilatının sədri,  polkovnik   


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi