lider-media.az

Dekabrın 16-sı saat 9:00-a olan faktiki hava

Baxış: 1276 Tarix: 16-12-2025, 10:09

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərə qar yağıb.
Yağan qarın hündürlüyü Kəlbəcərdə 11, Xaltanda 8, Lazada (Qusar) 6, Daşkəsəndə 4, Rvarudda (Lerik) 1 sm-dir.
Düşən yağıntının miqdarı Lerikdə 7, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Astara, Qusarda 3, Qubada 2, Xaltan, Şamaxı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Qrız, Cəlilabad, Kəlbəcər, Laçın, Naxçıvanda 1 mm-dir.
 Qrız, Sabirabad, Lerik, Naftalanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi