lider-media.az

Peşə-əmək Reabilitasiya Mərkəzində hazırda əlilliyi olan 100-ə yaxın gənc yeni peşələrə yiyələnir

Baxış: 1877 Tarix: 3-12-2025, 11:32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində hazırda əlilliyi olan 100-ə yaxın gənc müxtəlif peşələr üzrə hazırlıq kurslarında bilik və bacarıqlara yiyələnir.

Əlilliyi olan 41 gənc isə Mərkəzdə sosial reabilitasiya xidmətlərinə, müxtəlif təlimlərə, boccia və digər idman növləri üzrə məşqlərə cəlb edilib.

Peşə-əmək Reabilitasiyası Mərkəzində bu il əlilliyi olan 450-dək, son 5 ildə isə 2600-dən çox gənc qəbul edilib. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana və yeməklə də təmin olunurlar.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi