lider-media.az

Peşə-əmək Reabilitasiya Mərkəzində hazırda 121 nəfər əlilliyi olan gəncə xidmətlər göstərilir

Baxış: 430 Tarix: 22-04-2025, 19:32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində hazırda 121 nəfər gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilir.

Onlardan 82-si müxtəlif peşələr üzrə hazırlıq kurslarında bilik və bacarıqlara yiyələnir. 39-u isə sosial reabilitasiya xidmətlərinə, eləcə də müxtəlif təlimlərə, boccia və digər idman növləri üzrə məşqlərə cəlb olunub.

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində ötən il 516, ümumən ötən dövrdə 3500-dən çox şəxs peşə hazırlığı və sosial reabilitasiyaya cəlb edilib. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana və yeməklə də təmin olunurlar.

Burada peşə və sosial reabilitasiya xidmətlərinə cəlb edilmiş gənclər digər ölkələrdəki müvafiq peşə dərnəklərinə və təcrübə proqramlarına da göndərilirlər. Son beş ildə 2400-ə  yaxın gənc bu proqramlara cəlb edilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi