lider-media.az

Azərbaycan kikboksçusu 11-ci dəfə WAKO versiyası üzrə Dünya Kubokunun qalibi olub

Baxış: 1 194 Tarix: 18-05-2024, 23:31

Azərbaycan idmançısı Eduard Məmmədov Türkiyənin İstanbul şəhərində kikboksinqin WAKO versiyası üzrə Dünya Kubokunu qazanıb.

Lider-media.az xəbər verir ki, təmsilçimiz 63 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

E.Məmmədov "master class" kateqoriyasının "Light Contact ve Kick Light" versiyasında 5 döyüş keçirib.

O, finalda İsveç idmançısı Ahlvarsson Olaya qalib gələrək iki qızıl medal qazanıb. Bununla da təmsilçimiz WAKO versiyası üzrə Dünya Kubokunun 11 qat qalibi olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi