lider-media.az

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında BƏT nümayəndəsi ilə görüş keçirilib

Baxış: 620 Tarix: 25-11-2025, 16:31



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ofisinin direktoru Mixail Puşkinlə görüş keçirilib.

Lider-media.az xəbər verir ki, görüşdə AHİK-lə BƏT arasında səmərəli əməkdaşlıqdan danışılıb, əməyin mühafizəsi və layiqli iş şəraitinin yaradılması istiqamətində reallaşdırılan birgə layihələr qeyd olunub və təşkilatın işçi hüquqları ilə bağlı 59 konvensiyasının ölkəmizdə ratifikasiya edildiyi diqqətə çatdırılıb.

BƏT nümayəndəsinə Azərbaycan həmkarlar ittifaqları sistemində əmək hüquqlarının effektiv müdafiəsi, əməyin təhlükəsizliyi, üzvlərin müalicə və istirahətinin təşkili istiqamətində aparılan islahatlar, tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, Konfederasiyanın Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi tərəfindən ittifaq üzvlərinə əmək hüquqları ilə bağlı ödənişsiz dəstək göstərildiyi vurğulanıb.

BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin direktoru Mixail Puşkin Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatları yüksək dəyərləndirib və tətbiq edilən innovativ yeniliklərin üzvlər üçün önəmini qeyd edib.

Mixail Puşkin “yaşıl iqtisadiyyat”a keçid və layiqli əməyin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.

Sonra BƏT nümayəndəsi AHİK-in Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi