lider-media.az

Ankarada Qərbi Azərbaycana həsr edilmiş kitabın təqdimatı olub 

Baxış: 959 Tarix: 19-11-2025, 15:30

Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü və “PAŞA Həyat Sığorta” ASC-nin sponsorluğu ilə “Daşları toplama zamanı” kitabının türk dilində nəşrinin Gazi Universitetində təqdimat mərasimi keçirilib. 
Lider-media.az xəbər verir ki, 17 Noyabr – Milli Dirçəliş Günündə təşkil edilən tədbirdə “Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, Qazi Universitetinin Türk Dünyası Araşdırma Mərkəzinin rəhbəri Bülent Aksoy, "İRS" Nəşriyyat Evinin baş redaktoru Musa Mərcanlı, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və tarixçi Selçuk Karakılınç çıxış ediblər.
Çıxışılarda qeyd olunub ki, “Daşları toplama zamanı” kitabı Qərbi Azərbaycanda illər boyu dağıdılmış, izləri silinmiş memarlıq abidələrini, dini məkanları, tarixi yaşayış yerlərini və sənədli sübutları bir araya gətirir. Qərbi Azərbaycana dair toplanmış materiallar xüsusilə önəmlidir. Çətinliklərə rəğmən, vaxtilə azərbaycanlıların yaşadığı onlarla kənd sənədləşdirilmiş, foto və faktoloji sübutlar toplanmışdır. Bu materiallar həmin torpaqların xalqımıza məxsus qədim yurd yeri olduğunu bir daha təsdiqləyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi