Xankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsi çərçivəsində “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilovanın aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru, sabiq təhsil naziri, akademik Misir Mərdanov, Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev, İrəvan xanının nəslinin nümayəndəsi, xanlığın tədqiqatçısı, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Əmir Əli Sərdari İrəvani, tarixçi alim, Qərbi Azərbaycan İcmasının üzvü Nazim Mustafa, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov iştirak edib.
Təqdimat mərasimində Qərbi Azərbaycan torpaqlarının tarixi, oradakı maddi-mədəni irs və azərbaycanlıların bu bölgədəki çoxəsrlik varlığı barədə geniş məlumat verilib. Bu irsin qorunub saxlanmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd olunub. “Qərbi Azərbaycan İrsi” kitabının tariximiz və mədəniyyətimizin mühüm daşıyıcısı olduğu vurğulanıb. Bildirilib ki, kitab Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının və tarixi yaddaşının qorunması baxımından əhəmiyyətli mənbədir. Kitabın diaspor gənclərinə təqdim olunması onların bu sahədə tarixi biliklərinin artırılmasına və həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalarına böyük imkan yaradır.Tədbirdə Qərbi Azərbaycan torpaqlarında baş vermiş vandalizm aktlarını əks etdirən fotosərgi, həmçinin Qərbi Azərbaycan həqiqətləri ilə bağlı sənədli film nümayiş olunub.
Diaspor gəncləri mövzuya böyük maraq göstərib və ekspertlərə çoxsaylı suallar ünvanlayıblar.
Sonda iştirakçılara Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı hədiyyələr təqdim olunub.
Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.







Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda panellər üzrə müzakirələr və görüşlər keçirilib
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Pirallahı rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı keçirildi
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb