10 iyul 2025-ci il tarixində Pirallahı rayonunda “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Günay Əfəndiyeva, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli, Qərbi Azərbaycan İcmasının Pirallahı rayonu üzrə nümayəndəsi Şakir Mikayılov, RİH başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, eləcə də yerli idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.Tədbirdən əvvəl RİH başçısı və qonaqlar Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca Ermənistan ərazisində azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılmasını əks etdirən stendlərlə və kitab sərgisi ilə tanış olublar.
Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və mövzu ilə əlaqədar videoçarxın nümayişi ilə öz işinə başlanıb.
Daha sonra Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov geniş məzmunlu nitq ilə çıxış edib. O bildirib ki, təqdim olunan kitab yalnız tarixi faktların toplusu deyil, həm də illərlə gizlədilən, təhrif edilən həqiqətlərin – Qərbi Azərbaycanda azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və mədəni soyqırımın elmi və hüquqi əsaslarla dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. RİH başçısı həmçinin qeyd edib ki, Ermənistanda azərbaycanlıların mədəni-mənəvi irsi – qəbiristanlıqlar, məscidlər, türbələr, pirlər, arxeoloji abidələr və digər tarixi məkanlar məqsədyönlü şəkildə məhv edilib. Bu, təkcə Azərbaycan xalqına deyil, ümumbəşəri dəyərlərə qarşı törədilmiş mədəni vandalizm aktıdır. RİH başçısı əlavə edib ki, təqdim olunan bu nəşr həm tarixi yaddaşın qorunması, həm də gələcək nəsillərin həqiqətlərə əsaslanan maarifləndirilməsi və hüquqi mübarizədə əsaslı arqumentlərə malik olması baxımından xüsusi əhəmiyyət kəsb edir. RİH başçısı onu da vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” konsepsiyası Qərbi Azərbaycana qayıdış ideyasını artıq yalnız tarixi yaddaş deyil, real siyasi hədəf səviyyəsinə yüksəltmişdir. Cənab Prezidentin bu məsələyə beynəlxalq tribunalarda xüsusi diqqət ayırması, beynəlxalq hüquq çərçivəsində atdığı məqsədyönlü addımlar soydaşlarımızın doğma yurdlarına qayıdacağına olan inamı daha da möhkəmləndirir.
Millət vəkili Günay Əfəndiyeva çıxışında bildirib ki, Ermənistan ərazisindən zorla çıxarılan azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması, onların fundamental hüquqlarının bərpa olunması Azərbaycanın əsas prioritetlərindəndir. O vurğulayıb ki, Ermənistanda azərbaycanlılara qarşı yalnız etnik təmizləmə deyil, həm də mədəni irsin tamamilə silinməsinə yönəlmiş vandalizm siyasəti həyata keçirilib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli təqdim edilən kitabın Azərbaycan, rus və ingilis dillərində nəşr olunduğunu və tədqiqat zamanı 1890-1991-ci illərdə Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib və nəşr edilən, uzun müddət məxfilik statusunda saxlanılan müxtəlif ölçülü 250-dən çox topoqrafik xəritədən, ötən əsrə və müasir dövrə aid ABŞ kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya, ABŞ, Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edildiyini qeyd etdi. O, həmçinin vurğuladı ki, kitab Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli mənbə hesab edilə bilər.
Tədbirin sonunda çıxış edən Qərbi Azərbaycan İcmasının Bakı şəhəri, Pirallahı rayonu üzrə nümayəndəsi Şakir Mikayılov bildirib ki, yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışı yalnız ərazi məsələsi deyil, eyni zamanda milli qürur və ləyaqətimizin təcəssümüdür. O qeyd edib ki, soydaşlarımız Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində bu qayıdışın reallaşacağına dərin inamla yanaşırlar.










Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin NİZAMNAMƏSİ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb