lider-media.az

Azərbaycanlı atlet 3-cü dəfə dünya çempionu olub

Baxış: 1 101 Tarix: 18-05-2024, 14:06

Azərbaycan atleti 3-cü dəfə dünya çempionu olub

Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında birinci olub.

Lider-media.az xəbər verir ki, Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, o, T13 kateqoriyasında 100 metr məsafəyə qaçış üzrə finişə 11.94 saniyəyə çataraq dünya çempionu olub.

Qeyd edək ki, bu, 22 yaşlı idmançının ümumilikdə üçüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva ötən il Fransanın paytaxtı Parisdə təşkil edilmiş dünya çempionatında da 100 və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi