lider-media.az

Braziliyalı futzalçı: Qazandığım uğurlara görə hər zaman Azərbaycana minnətdar olacağam

Baxış: 183 Tarix: 1-02-2024, 10:55

“Mənə bu ölkədə futzal oynamaq şansı yaratdığına görə federasiyaya təşəkkür edirəm”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın futzalçısı Amadeu Fernandes ölkəmizdəki karyerası ilə bağlı danışarkən deyib.

Uzun illərdir Azərbaycanda yaşadığını qeyd edən braziliyalı oyunçu burada xoşbəxt olduğunu bildirib: “Bakı indiyədək gördüyüm ən gözəl şəhərlərdən biridir. Qədim memarlıq abidələri və maraqlı yerləri var. Yeməkləriniz isə çox möhtəşəm olur. Ailəm və mən burada yaşamağı sevirik. Əldə etdiyim nailiyyətlərə görə hər zaman Azərbaycana minnətdar olacağam”.

33 yaşlı oyunçu Azərbaycan millisi ilə uğurlu nəticələr əldə edəcəklərini inandığını söyləyib: “Milli komandada yenilənmə gedir. Bir neçə gənc futzalçı yığmaya dəvət aldı. Müxtəlif illərdə “Araz-Naxçıvan”da oynamışam. İndi də bu kollektivin formasını geyinirəm. Böyük uğurlar qazanmışıq. Həm milli, həm də klub səviyyəsində Azərbaycan futzalını beynəlxalq arenada daha da populyarlaşdırmaq istəyirik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi