lider-media.az

“Həmkardan həmkara qayğı ilə” Gədəbəydə 

Baxış: 212 Tarix: 14-10-2025, 10:06

hemkardan-hemkara-qaygi-ile-gedebeyde

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və özəl sektordan olan tərəfdaşlarla birgə reallaşdırdığı “Həmkardan həmkara qayğı ilə” sosial layihəsinin növbəti aksiyası Gədəbəydə keçirilib.

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar müayinə zamanı kardiologiya, endokrinologiya, urologiya, oftalmologiya, travmatologiya-ortopediya və nevrologiya sahələri üzrə peşəkar həkim heyəti tərəfindən tibbi xidmətlər göstərilib.

İki gün davam edən aksiya zamanı ümumilikdə 640 rayon sakini müayinədən keçib, səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.

Qeyd edək ki, “Həmkardan həmkara qayğı ilə” sosial layihəsinin məqsədi ittifaq üzvlərinin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı artırmaq və dövlətin sosial siyasətinə töhfə verməkdir. İndiyədək layihə çərçivəsində 2250-ə yaxın vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb. “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi ölkənin digər şəhər və rayonlarında da davam etdiriləcək.









OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi