Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Referans Medical Group”un dəstəyi ilə keçirilən “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi aprelin 23-24-də Şabran rayonunda davam etdirilib.
Əvvəlcə Şabran şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Şabran Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar tibbi müayinə zamanı onkologiya, kardiologiya, nevrologiya, psixiatriya, ginekologiya və endokrinologiya sahəsi üzrə peşəkar həkim heyəti tərəfindən müayinələr aparılıb.
İki gün ərzində ümumilikdə 700-dən artıq vətəndaşa 1100-dən çox tibbi xidmət göstərilib. Səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müayinəyə gələn uşaqlara hədiyyələr verilib. Tədbirin təşkilində AHİK könüllüləri də iştirak ediblər.
Qeyd edək ki, səyyar tibbi müayinələr üzvlərimizin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq və dövlətimizin sosial siyasətinə dəstək vermək məqsədilə təşkil olunur. Layihənin ölkəmizin digər dağ, dağətəyi və sərhədyanı rayonlarında da keçirilməsi nəzərdə tutulur.



































AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ağbulaq” İstirahət Mərkəzinə baxış olub
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
“AHİK Könüllüləri” proqramının 11 universitetdə təqdimatı
ƏMAS-da ezamiyyə vəsiqələrinin elektron tərtibi ilə bağlı yeni funksionallıq yaradılıb
Bakıda “Ambucycle” motosikletlər - Feldşerlər idarə edəcək-Fotolar
İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Səhiyyə naziri Qlobal Fondun nümayəndə heyəti ilə görüşüb
Milli Mətbuat Günü – Peşəkar jurnalistikaya ehtiram
Kəlbəcərdə sursat partlayıb, 1 nəfər xəsarət alıb
Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
İyulun 22-də gözlənilən hava şəraiti
DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Argentina çempion kimi qarşılandı
Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib
Yanvar-iyun aylarında “Könüllü DOST” proqramına 776 şəxs cəlb olunub
Belçikalıların Kralı Əlahəzrət Filipə
İlham Əliyev Endi Börnhemi Britaniyanın Baş naziri vəzifəsinə təyinatı münasibətilə təbrik edib
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?
Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası
Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə – Nevroloqun açıqlaması