lider-media.az

Hərracda 40 dövlət əmlakı özəlləşdirilib

Baxış: 21248 Tarix: 11-10-2025, 11:10

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 37 nəqliyyat vasitəsi  satılıb.
 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Samux rayonunda yerləşən "Seyidlər üzüm emalı zavodu” və Şirvan şəhərində yerləşən fermadır.  
Satılan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1986-2014-cü illəri əhatə edir.
Hərraclarda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi