lider-media.az

Əlilliyin verilməsi ilə bağlı qaydalarda dəyişiklik

Baxış: 249 Tarix: 14-05-2024, 20:53

elilliyin-verilmesi-ile-bagli-qaydalarda

Lider-media.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydada nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydaya uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edəcək. Qeyd edək ki, əvvəl bu müddət 3 iş günü müddətindən gec olmayaraq nəzərdə tutulmuşdu.

Qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 iş günü müddətindən gec olmayaraq göndəriş tərtib ediləcək. İndiyə qədər həmin gün göndəriş tərtib edilirdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi