lider-media.az

Bu gün güləş və karate yarışlarına start veriləcək - MDB Oyunları

Baxış: 21416 Tarix: 3-10-2025, 10:17

bu-gun-gules-ve-karate-yarislarina-start-verilecek

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək. Şəki İdman Olimpiya Kompleksində batut gimnastikası üzrə final, Yevlaxda boks üzrə yarımfinal, Xankəndidə kamandan oxatma, Gəncə İdman Sarayında qılıncoynatma, Qəbələ İdman Olimpiya Kompleksində badminton üzrə təsnifat mərhələsinin oyunları təşkil olunacaq. Gəncə İdman Olimpiya Kompleksində güləş, Mingəçevirdə isə karate yarışlarına start veriləcək. Gəncədə Azərbaycan və Özbəkistan voleybol milliləri, Qəbələdə Özbəkistan və Qırğızıstanın futbol yığmaları üz-üzə gələcək.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi