lider-media.az

III MDB Oyunlarına start verilir

Baxış: 27316 Tarix: 26-09-2025, 09:41

iii-mdb-oyunlari-bu-gun-baslayir

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün start veriləcək. İlk yarış günündə stolüstü tennisçilər qüvvələrini sınayacaqlar. Yarışlar saat 10:00-da başlayacaq.

Ölkəmizi bu idman növündə Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli təmsil edəcəklər.

Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi