lider-media.az

Azərbaycanın qazi parakarateçiləri tarixi ilkə imza atıb

Baxış: 965 Tarix: 12-05-2024, 21:12

Qazi parakarateçilər ilk dəfə Avropa çempionatında qızıl və gümüş medallar qazanıblar

Lider-media.az xəbər verir ki, əlil arabasında cıxış edən Birinci Qarabağ müharibəsi qazisi Eldar Əhmədov Avropa çempionatının qızıl medalını qazanaraq Xorvatiyada Dövlət Himnimizi səsləndirib.

Digər parakarateçimiz, əlil arabasında çıxış edən Vətən müharibəsi qazisi Vidadi Xalıqov isə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Beləliklə, Avropa çempionatları tarixində ilk dəfə olaraq Azərbaycan qaziləri fəxri kürsünün ilk iki pilləsində qərarlaşıblar.

Bundan əlavə görmə qabiliyyəti zəif olan qadınlar arasında Emilya Mitlinova, görmə qabiliyyəti zəif olan kişilər arasında isə Nihat Məmmədzadə gümüş medal qazanıblar.

Qeyd edək ki, parakarate üzrə yığma komandamızın baş məşqçisi Rənad Əliyevdir. Komandamız yarışa AKF-nin vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi